Şəmkir Səbəti kataloquna məhsul göndərmək

Məhsullarınızı kataloqa əlavə etmək üçün WhatsApp-a bir mesaj göndərin. Qiyməti aydın yazsanız, sistem məhsulları avtomatik oxuyacaq.

Məhsulları bu WhatsApp nömrəsinə göndərin: +1 555 187 7609

Administratorla əlaqə: +994 51 865 03 37

Bir mesajda bir neçə məhsul

Nöqtə 12 Satıcı Mərdan Ölkə: Azərbaycan Şəhər: Şəmkir Kənd: Dəllər Sort: varsa yazın Pomidor 1.20 Xiyar 0.80 Mandarin 1.80

Nə yazmaq lazımdır?

  • Birinci sətirdə nöqtə və ya yer nömrəsini yazın.
  • İkinci sətirdə satıcının adını yazın.
  • Sonrakı sətirlərdə məhsul adı və qiymət olsun.
  • Varsa sort, ölkə, şəhər/rayon və kəndi yazın. Bu məlumat kataloqda görünəcək.
  • Qiymət kilo üçündürsə sadəcə qiymət yazın.
  • Başqa ölçüdürsə əlavə edin: yeşik, kisə, dəstə, ədəd.
  • Qiyməti manatla yazın. Məsələn: «Pomidor 1.20 kq».

Başqa ölçü nümunəsi

Nöqtə 5 Satıcı Əli Göyərti 0.30 dəstə Kartof 0.55 kg Mandarin 18 yeşik

Sadə mesaj da olar

Salam, bu gün pomidor 1.20, xiyar 0.80, mandarin 1.80. Nöqtə 12, Mərdan.

Şəkilləri necə göndərmək olar?

  • Hər məhsulun şəklini ayrıca göndərin. Şəklin altında məhsulun adını yazın: «Pomidor» və ya «Nar».
  • İstəsəniz, qiyməti də şəklin altında yazın: «Banan 2.50 kq, Nöqtə 12».
  • Bir neçə məhsul və şəkil göndərə bilərsiniz. Şəkildə bir məhsulun aydın görünməsi onu düzgün yerləşdirməyə kömək edir.
  • Şəkil aydın deyilsə və ya məhsulu müəyyən etmək mümkün olmasa, sizdən dəqiqləşdirmə istənə bilər.

Qiymətləri hər gün yeniləyin

Hər səhər nöqtə nömrənizi və bugünkü qiymətləri göndərin. Qiymət dəyişməsə də, yeni mesajla təsdiqləyin. Eyni məhsul üçün adı, növü və ölçü vahidini əvvəlki kimi yazın: dərc edildikdə həmin nöqtənin qiyməti yenilənəcək.

24 saatdan çox yenilənməyən və ya yenilənmə tarixi bilinməyən qiymətlər alıcıya dəqiqləşdirilməli kimi göstərilir. Məhsul bitibsə, administratora bildirin. Yeni siyahıda yazılmayan məhsul avtomatik silinmir.

Göndərdikdən sonra

Kataloqda öz nöqtənizi seçib məhsullarınızı yoxlayın. Qiymət, şəkil və ya məhsulun adı səhvdirsə, WhatsApp-da nöqtəni və düzəlişi yazın.

«Nöqtə 12» yerinizi göstərir. Hər məhsulu öz adı və qiyməti ilə yazın.